Lerik rayonunda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

“Report”un Cənub bürosunun xəbərinə görə, hadisə Piran-Hamarat yolunda baş verib.

Qışlaq kəndindən böyrək sancıları olan xəstəni öz avtomaşını ilə Lənkərana gətirmək istəyən sürücü idarəetməni itirərək “Niva” markalı avtomaşını dərəyə aşırıb. Nəticədə bir qadın dünyasını dəyişib.

Daha bir qadın və kişi yaralı vəziyyətdə “Təcili yardım” avtomaşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Polis və prokurorluq əməkdaşları hadisə yerinə gedib.