Rusiyanın Leninqrad vilayətinin Qanunverici məclisinin deputatı Vladimir Petrov Vladimir Leninin nəşinin basdırılması məsələsinin həlli üçün xüsusi komissiya yaratmağı təklif edib.

Trend-in məlumatına görə, onun fikrincə, inqilabın rəhbərini 2024-cü ildə vəfatının 100-cü ildönümü münasibətilə vida mərasimi təşkil etməklə dəfn etmək lazımdır.