Latviyanın Azərbaycandakı səfirliyində bu ölkənin 13-cü Seyminə keçiriləcək seçkilərlə bağlı seçki məntəqəsi açılacaq.

Bakıxəbər.az xəbər verir ki, səsvermədə Azərbaycanda müvəqqəti və ya daimi yaşayan Latviya vətəndaşları iştirak edə bilərlər.

Səsvermə oktyabrın 6-da Latviyanın Azərbaycandakı səfirliyindəki 1055 saylı seçki məntəqəsində Bakı vaxtı ilə saat 07:00-dan 20:00-dək keçiriləcək.