KXDR və Cənubi Koreya arasında parlament təmsilçiləri səviyyəsində danışıqların ən yaxın vaxtda davam etdirilməsi üçün razılıq əldə olunub.

Bakıxəbər.az-ın xəbərinə görə, bunu Cənubi Koreya prezidenti Mun Ce-in Pxenyandakı ikitərəfli zirvə görüşündən qayıtdıqdan sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, həmçinin yerli idarəetmə qurumları səviyyəsində də əlaqələri inkişaf etdirmək nəzərdə tutulur.

Qeyd edək ki, 18-20 sentyabrda Pxenyanda KXDR və Cənubi Koreya arasında sayca beşinci zirvə görüşü keçirilib.