Kürdəmir rayon sakini intihar edib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Cəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Yusif Əlmövsüm oğlu Dadaşov yaşadığı evdə özünü asıb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları və prokurorluğunun əməkdaşları cəlb olunub.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Y.Dadaşov ailəlidir və iki qız atasıdır.