Cərrahlıq maskası insanları koronavirus infeksiyasından digər qoruyucu maskaların hamısından yaxşı müdafiə edir.

“Report” ScienceDaily”yə istinadən xəbər verir ki, bu nəticəyə Avstraliyadakı Yeni Cənubi Uels Universitetinin alimlər qrupu gəlib.

Tədqiqatçılar fərdi müdafiə üçün cərrahlıq vasitələrinin 3 – birqat, ikiqat və üçqat növünün effektivliyini müqayisə ediblər.

Sınaq zamanı alimlər virusun potensial daşıyıcıları tərəfindən mikroskopik damcıların yayılması prosesini izləmək üçün işıqlandırmanın və yüksək sürətli kameranı xüsusi olaraq hazırlanmış işıq diodu sistemindən istifadə ediblər.

Tədqiqat göstərib ki, üçqat cərrahlıq maskası bu hissəcikləri digər maskaların hamısından yaxşı saxlayıb.

Alimlər qeyd ediblər ki, hətta maskaların bir qatı yayılmış damcıların miqdarını azaldıb, ancaq ikiqat müdafiə vasitəsinin daha effektiv olub. Bu halda tibbi məmulatların təsirinə həmçinin istifadə edilən materialın növü, dizaynı, yuma tezliyi də təsir edir.

Tədqiqatçılar evdə fərdi şəkildə hazırlanan maskaları ən azı ikiqat parçadan hazırlamağı məsləhət görüblər.