Kaliforniya Universitetinin alimləri infeksiyanın bədənə daxil olmasına imkan verən molekullara təsir edərək koronavirusu məğlub etməyin təsirli üsulunu kəşf ediblər.

Bakıxəbər.az xəbər verir ki, mütəxəssislərin işinin nəticəsi “Cell” jurnalında dərc edilib.

Alimlər koronavirusun heparansulfat molekulu olmadan hüceyrələrə yoluxa bilməyəcəyini aşkarlayıblar. Molekullar ağciyər hüceyrələrinin səthində yerləşir və virusun bədənə daxil olduğu reseptor rolunu oynayır.

Daha əvvəl mütəxəssislər SARS-CoV-2-nin sağlam hüceyrələrə bağlandığını müəyyənləşdiriblər. Məlum olub ki, o, sonra bədənə ACE2 reseptoru vasitəsilə daxil olur.

İndi heparansulfatın bir qoruyucu kimi çıxış etdiyi müəyyən edilib. Bu, virusun hüceyrəyə bağlanmazdan əvvəl əlavə olaraq onunla təmasda olması deməkdir.

Alimlər heparansulfatın hüceyrədən çıxarılması halında koronavirusun bədənə daxil olma qabiliyyətinin 80-90% azalacağını qənaətinə gəliblər. Bundan başqa, heparin maddəsindən insan hüceyrələrinə toxunmağa imkan vermədən virus üçün “tələ” kimi istifadə etmək olar.

Mütəxəssislər güman edirlər ki, kəşf COVID-19 əleyhinə yeni effektiv dərmanlar yaratmağa kömək edəcək.

Şövkət Hüseyinova