Tamil kinosunun mərkəzi Kollivudun ulduzlarından Cəyəm Ravi (Jayam Ravi) növbəti çəkilişlər üçün Azərbaycana yollanıb.

Bakıxəbər.az“The News Minute”a istinadən xəbər verir ki, yeni film triller janrında nəzərdə tutulub.

C.Ravinin iştirakı ilə bir çox tanınmış simanın da rol aldığı və komediya-dram janrında ərsəyə gətirilən “Comali” adlı əvvəlki filmi avqustun 15-də nümayişi zamanı 4 milyon dollardan çox gəlir gətirib.