Ermənistan Apellyasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Köçəryan haqqında çıxarılmış həbs qərarını ləğv edib.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Köçəryanın vəkili Ruben Saakyan jurnalistlərə açıqlamasında deyib.

“Apellyasiya Məhkəməsi Köçəryanın müdafiəsi ilə bağlı iddia ərizəsini qəbul etdi və birinci instansiya məhkəməsinin qərarını ləğv etdi”, – vəkil bildirib.