Rusiyalı jurnalist Arkadi Babçenko Kiyevdə güllələnərək qətlə yetirilib.

Bakıxəbər.az-ın xəbərinə görə, Ukrayna Milli Polisinin sözçüsü Yaroslav Trakalo jurnalistin xəstəxanaya aparılarkən “təcili yardım” maşınında öldüyünü deyib.

“Hadisə Kiyevin Dnepr rayonunda baş verib. Həyat yoldaşı vanna otağında olub. O, atəş səslərinə çıxıb və ərini qan içində görüb. “Təcili yardım” çağırıb, o, maşınla aparılarkən yolda keçinib”, – deyə Trakalo bildirib.