Ermənistanda dövlət qurumlarında işləyən xeyli sayda məmur Yeni il bayramından sonra kütləvi şəkildə işdən çıxarılacaq.

Bakıxəbər.az xəbər verir ki, bunu “Jamanak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, çoxlu sayda məmura dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra işsiz qalacaqları barədə xəbərdarlıq edilib.

“Diaspor, Mədəniyyət, Xarici işlər, İdman və gənclərlə iş üzrə nazirliklərin əməkdaşları artıq işsiz qalacaqları barədə məlumatlandırılıblar”, -deyə yazıda vurğulanıb.