Hər kəs dinlədikcə gözləri doldu,
O çatan zirvədi, əlçatmaz yoldu.
Kitaba sığmayan bir dastan oldu,
Şəhid Xudayarın Vətən nəğməsi!
On milyon qəlbində seviləcəkdir,
Gah zildə, gah bəmdə kövrələcəkdir,
Körpə laylasına çevriləcəkdir,
Şəhid Xudayarın Vətən nəğməsi.
Qəhrəman yetişən yurd yarasıdı,
Koroğlu nəsilli Türk balasıdı.
Bütün nəğmələrin simfonyasıdı,
Şəhid Xudayarın Vətən nəğməsi!
Leyla Vəkilqızı
8.12.2020