Avropa İttifaqı və Azərbaycan arasında viza və readmissiya komitələrinin iclaslarında irəliləyiş qeydə alınıb.

Bakıxəbər.az xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis YankauskasAzərbaycan vətəndaşları üçün vizaların ləğv edilməsi perspektivlərini şərh edərkən bildirib.

“Sentyabr ayının ortalarında Avropa İttifaqı və Azərbaycan Brüsseldə viza və readmissiya üzrə komitələrin iclaslarını keçiriblər. Görüşlərdə irəliləyiş qeydə alınıb, viza liberalizasiyası üzrə dialoqa başlamaq üçün addım atmışıq”, – səfir deyib.