Samsunda 1 uşaq anası vəhşicəsinə öldürülüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın xəstəxanın avtoparkında keçmiş əri tərəfindən 19 yerindən biçaqlanaraq öldürülüb.

Dəhşətli hadisənin şahidlərinin bildirdiyinə görə cinayətkar qaçarkən “Namus məsələsi” deyib.

Qanlar içində qalan Merve Özcan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasənə dəyişib.

Bildirilir ki, Enis Adem Şahin ilə Merve Özcan bir müddət əvvəl boşanıb.

Cütlüyün qızları məhkəmə qərarı ilə ana Merve Özcana verilib. Qadın boşandıqdan sonra ailəsinin yanına gedib. Enis Adem Şahin də Çorludan avtomobili ilə qızını görmək üçün Samsuna gəldi. Atanın uşağı ilə görüşməsi məqsədi ilə Enis Adem Şahin ilə keçmiş həyat yoldaşı Merve Özcan görüşməli olub.

Bir müddət sonra onlar mübahisə etməyə başlayıb. Daha sonra kişi keçmiş həyat yoldaşına çoxsayda bıçaq zərbələri endirib və hadisə yerindən qaçıb. Ancaq polis əməkdaşları tez zamanda hadisəni törədən şəxsi tutublar.