Bakı şəhərinin mərkəzində yerləşən “Caspian Plaza” biznes mərkəzindəki yanğının qarşısı alınıb. Bakıxəbər.az xəbər verir ki, binanın 8-ci mərtəbəsində elektrik şitindən başlayan yanğının miqyasının genişlənməsinin qarşısı alınıb və hazırda davam edən tüstülənmənin tam dayandırılması istiqamətində iş aparılır.

Bildirilib ki, binada yanğın pilləkənləri mövcuddur və ofislərdə çalışanlar həmin pilləkənlərlə təxliyə edilib.