Kanadada daha əvvəl Senatın qəbul etdiyi marixuanadan istifadəni icazə verən qanun qüvvəyə minib.

Bakıxəbər.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, Kanada dünyada marixuananın sərbəst alıb istifadə edən Uruqvaydan sonra ikinci, G-7 üzvləri arasında da birinci ölkədir. Artıq bu ölkədə 18 yaşı tamam olan (bəzi əyalətlərdə 19 yaşı) hər kəs xüsusi dükanlarda təqribən 10 Kanada dolları ödəyib bir qram marixuana ala bilər. Həddi-buluğa çatan vətəndaş mülkiyyətində 30 qramadək marixuana saxlaya bilər.