Kəlbəcərli məcburi köçkün xanım 600-dən çox maska tikərək payladı – IBRƏTAMIZ…
Aşıq Şəmşir mədəniyyət ocağı ictimai birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Nəzakət xanım bütün dünyada hökm sürən və Azərbaycandan da yan keçməyən COVİD-19 adlı xəstəliklə mübarizə məqsədilə, xalqa kömək olaraq öz zəhməti ilə, şəxsi sexində 600-dən artıq tibbi maska tikərək aztəminatlı ailələrə paylayıb.
O, ölkə başçısı cənab İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” şüarı altında bu xeyirxah və nümunəvi addımı atıb.