Ermənistan rəhbərliyi Azərbaycanın işğal alıtndakı torplaqlarında infrastuktur layihələrini davam etdirir.

Bakıxəbər.az xəbər verir ki, bu dəfə Qarabağı Ermənistanla birləşdirən Vardenis-Ağdərə yolunu işğal olunmuş Kəlbəcər rayonunu mərkəzi ilə birləşdirəcək yolun tikintisinə başlanılıb.

17 kilometr uzunluğunda yolun asfatlanması 2021-ci ilin əvvəllərinə qədər başa çatacaq. Tikinti işləri Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyanın iştirak etdiyi tədbirdən sonra başlayıb.

Bundan başqa, Kəlbəcər rayonunun Qızılqaya kəndindən Vardenis-Ağdərə yoluna birləşən 3,2 kilometrlik yol da asfaltlanaraq nəqliyyatın hərəkətinə açıq elan olunub.

Şövkət Hüseyinova