Kəlbəcər rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti onlayn qəbul keçirildi. Görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edildi və 51 nəfər kəlbəcərli məcburi köçkünün müraciəti dinlənildi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verdi.