Cari ilin sentyabrında İtaliyada daimi, müddətsiz müqavilələrlə işləyən insanların sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 min nəfər azalıb.

Bakıxəbər.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika Agentliyi (İSTAT) məlumat yayıb.

Məlumatda bildirilir ki, sentyabr ayında müvəqqəti müqavilələr əsasında işləyən insanların sayı avqustla müqayisədə 27 min nəfər, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 368 min nəfər artıb.

Sərbəst çalışan vətəndaşların sayı avqust ayı ilə müqayisədə 16 min, 2017-ci ilin sentyabr ayı ilə müqayisədə isə 22 min nəfər artıb.