İtaliyanın Bolonya şəhərində avtomobil yolunda yanacaq materialları daşıyan yük maşınının partlaması nəticəsində xəsarət alanların sayı 100 nəfəri ötüb.

Bakıxəbər.az “RaiNews24” kanalına istinadən xəbər verir ki, xəsarət alanlar Bolonya, Budrio, Kastel San Covanni, Bentivolyo, Çezena, Parmada və Batsanodakı xəstəxalara yerləşdiriliblər.

Yaralananlar arasında 11 karabiner və 2 yol polis əməkdaşı da var.

Xatırladaq ki, dünən Boloniya şəhərində hava limanına yaxın avtomobil yolunda yol qəzası baş verib. Yanacaq materialları daşıyan sisternli yük maşınının işitirakı ilə olan qəza nəticəsində bir neçə partlayış baş verib, estakada qismən çöküb, alov yaxınlıqda park edilmiş avtomobillərə sıçrayıb. Hadisə zamanı iki nəfər ölüb.