Azərbaycan Respublikasında rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 19-da Şəhidlər xiyabanını ziyarət edib.

Bakıxəbər.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Sercio Mattarella Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.