Türkiyədə gəmidə yanğın baş verib.

Bakıxəbər.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Tuzla tərsanəsindəki gəmilərdən birində qeydə alınıb.

Yanğın nəticəsində 7 nəfər yaralanıb.

Hadisə gəminin göyərtəsində iş görülən zaman baş verib.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub.