Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Sarıyerdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının dəfn olunduğu Feriköy məzarlığını ziyarət ediblər.

“Report”un Türkiyə bürosu xəbər verir ki, diplomatik korpusun nümayəndələri ulu öndərin parkdakı heykəlinin və Cümhuriyet abidəsinin önüne çiçək dəstələri düzüblər.

Vüsalə Abbasova