Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində saxlanılmış 219 hərbçinin 180 nəfəri həbs edilib.

Bakıxəbər.az məlumatına görə, 219 hərbçinin saxlanıldığı əməliyyat dekabrın 14-də İstanbulda keçirilib. Bildirilir ki, həbs edilən 180 hərbçinin arasında 85-i zabitdir.

Məlumata əsasən, həbs edilən hərbçilər FETÖ təşkilatı ilə sıx əlaqədə olub. Onların terror təşkilatının digər üzvlərinə hərbi hissələr barədə məlumatları ötürdükləri deyilir.