İsrailin yeni qəbul edilən “milli dövlət” qanunu Avropa Birliyində narahatlıq doğurub.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Baş diplomatı Federika Moqerini danışıb.

“Biz çox qəti şəkildə bildirmişik ki, “iki xalq-iki dövlət” məsələsi irəliyə getmək üçün yeganə yol hesab olunur. Buna görə də sözügedən həll yolunun həyata keçirilməsi prosesini çətinə salacaq və ya bunu mümkünsüz edəcək istənilən addımdan qaçmaq lazımdır”, – Moqerini deyib.

Xatırladaq ki, Fələstin hökuməti də İsrail parlamentində qəbul edilən “milli dövlət” qanununa rəsmi şəkildə etirazını bildirib.