Bu gecə İsrailin endirdiyi havazərbəsi nəticəsində Suriyaya məxsus radiolokasiya stansiyası (RLS) məhv edilib.

Bakıxəbər.az-ın xəbərinə görə, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

“Ölkənin havadan müdafiə qüvvələri İsrailin onlarla raketini vursa da, onlardan bəziləri hədəflərə çatıb, bir radiolokasiya stansiyası məhv edilib”, məlumatda deyilir.