“Biz Azərbaycanla digər sahələrdə olduğu kimi, kibertəhlükəsizlik sahəsində də fəal əməkdaşlıq edirik”.

Bunu “Report”a İsrailin Milli Kiber Direktoriyasının (Israel National Cyber Directorate – INCD) Baş direktoru Yigal Unna deyib.

Y.Unnanın sözlərinə görə, təmsil etdiyi ölkə bütün tərəfdaşlarla, o cümlədən Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

O, həmçinin ölkəsinin ötən il bir neçə kiber hücumun qarşısını uğurla aldığını və bu hücumların əksəriyyətinin qlobal xarakteri daşıdığını qeyd edib.