İspaniyada son bir neçə həftə ərzində şiddətli istilər nəticəsində 30 nəfər ölüb.

Trend-in məlumatına görə, təkcə Kataloniya regionunda 23 nəfər istinin qurbanı olub.

Qeyd olunur ki, İspaniyada şiddətli istilər iyulun 24-dən davam edir. Ən yüksək temperatur isə avqustun 2-dən 7-dək qeydə alınıb. Bu müddət ərzində bəzi bölgələrdə temperatur 44-46 dərəcəyədək çatıb.

Ölənlər arasında ən gəncin 41, ən yaşlının 100 yaşı olub.

67 nəfər istivurmaya məruz qalıb.