İŞİD qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadi İraq Hərbi Hava Qüvvələrinin Suriyada keçirdiyi əməliyyat nəticəsində ağır yaralanıb.

Bakıxəbər.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İraq kəşfiyyatında olan mənbə bildirib. Onun sözlərinə görə, əl-Bağdadi qruplaşmanın qərargahında olan zaman İraq aviasiyasının zərbəsinə məruz qalıb. Reydin iyun ayında keçirildiyi bildirilsə də, məkan göstərilməyib. Məlumatda qeyd olunur ki, silahlıların bir hissəsi onun yerinə Əbu Osman ət-Tunisinin namizədliyini irəli sürüb ki, bu da qruplaşmanın sıralarında parçalanmaya səbəb olub.

Xatırladaq ki, əl-Bağdadi son dəfə 2014-cü ildə İraqın Mosul şəhərində cümə xütbəsi zamanı kütlə qarşısında çıxış etmiş və Yaxın Şərqdə “xilafətin” yaradıldığını elan etmişdi. Ötən il sentyabr ayının sonlarında isə İŞİD silahlıları arasında onun səs yazısı yayılmışdı.

ABŞ əl-Bağdadinin ələ keçirilməsinə və ya öldürülməsinə yardım edəcək hər hansı informasiyaya görə 25 milyon dollar mükafat təyin edib.