İşğal altındakı Kəlbəcərdə qanunsuz məskunlaşmış erməni millətçisi, politoloq Aleksandr Kənanyan Tərtərçayın üstündə daha bir Su Elektrik Stansiyasının tikilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O, Tərtərçayın üstündə sayca dördüncü SES-in tikildiyini, nəticədə ətraf mühitə fəlakətli ölçülərdə ziyan dəydiyini bildirir.

İşğal olunmuş torpaqlarımızdan xəbər

Virtualaz.org “Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, Kənanyan aclıq aksiyası barədə yanvarın 21-də özünün “Facebook” səhifəsində bildirib. O, Kəlbəcər-Ağdərə regionunda çayların üstündə tikilən bütün kiçik SES-lərin ekoloji təhlükəsizliyini araşdırmağa çağırıb.

Kənanyan bildirir ki, hakimiyyət “energetikanın inkişafı” adı altında Qarabağın su şəbəkəsini dağıdır. “Yollar və mənzillər tikmək, məskunlaşmanı genişləndirmək, kiçik və orta biznesi dəstəkləmək, müdafiə və sosial layihələrə pul ayırmaq əvəzinə onlarla kiçik SES-lər tikir.

“Qarabağın əsas çayları artıq borularla axır. Yüzlərlə kvadratkilometr ərazi susuz qalıb. Kəlbəcər və Laçın rayonları bir neçə oliqarxın hərisliyinə görə normal inkişaf və məskunlaşma perspektivlərini itirib”,-“kəlbəcərli” Kənanyan deyir.

O, bildirir ki, Kəlbəcər ərazisində kiçik SES-lərin tikintisi korrupsiya ilə bağlıdır. Kənanyan ermənilərin “Karvaçar” adı verdikləri Kəlbəcərin “administrasiyasından” 24 saat ərzində Tərtərçayın üstündə bütün SES tikintilərini dayandırmağı, Dağlıq Qarabağın qondarma “hakimiyyətindən” isə bundan sonra Kəlbəcərdə hər hansı SES tikintisinə icazə verməməyi tələb edir.

Aleksandr Kənanyan müntəzəm olaraq özünün Facebook səhifəsində Tərtərçayın qurumasından, ətraf ərazilərin səhralaşmasından yazır. Bildirir ki, indi oliqarxlar çayın aşağı hissəsində, Kəlbəcər dərəsi istiqamətində tikinti aparır. Tikinti üçün ora ağır avadanlıqlar daşınır.

Xatırladaq ki, Dağlıq Qarabağdakı işğalçı rejim illərdir regionun iti axan dağ çayları üzərində çoxsaylı kiçik Su Elektrik Stansiyaları inşa edir. İşğalçılar bu stansiyalar hesabına elektrik enerjisi istehsalını o dərəcədə genişləndiriblər ki, artıq onu ixrac etməyə də hazırlaşırlar. Güman edilir ki, Dağlıq Qarabağda hasil edilən elektrik enerjisi “ermənistana”, oradan isə İrana ötürülə bilər.

 

Xəbərin təhlili

Xəbərdən elə çıxır ki, işğalçı ermənilər qəsb etdikləri torpaqlarımızda geniş tikinti və quruculuq işləri aparırlar. Bu tikinti və quruculuq işlərindən işğalçı ermənilərin yalnız imkanlı təbəqəsi qazanır və ya bütün işğalçılar, yəni varlı və kasıb dığacıqlar qazanır – bu məsələnin ayrı tərəfidir.

Xəbərdən elə çıxır ki, erməni işğalçıları o qədər öz toxunulmazlıqlarına arxayındırlar ki, hətta bu cür tikintilər aparırlar! Gör bir Azərbaycan Respublikasının öz torpaqlarını azad etməyəcəyinə o qədər əmindirlər ki, bu cür qanunsuz işlər görməkdədirlər?!

Erməni dığacığı Kənanyan bu qanunsuz SES-lərin tikilməsinin dayandırılmasını ona görə tələb etmir ki, bu SES-lər və d. tikintiləri Azərbaycan Milli Ordusunun mərmi və raketlərinə tuş gələr. Bu dığacıq bu fikiri heç dilinə gətirmir! Deməli, arxayındır! Təkcə o, arxayın deyil, deyəsən, ermənilərin hamısı arxayındır!

Özü də bu arxayınçılıq dünən yaranmayıb. Suriya ermənilərinin Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz yerləşdirilməsi davam edir. Bu dəfə iki erməni ailəsinə Qubadlı rayonunda mənzil verilib.

Modern.az xəbər verir ki, erməni KİV-in yaydığı məlumata görə, mənzillər “Tufenkyan” və “Kaşataq” xeyriyyə fondlarının maliyyə dəstəyi ilə tikilib.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan bu yana ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda yerləşdirilməsi geniş hal alıb. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana yerləşdirildiyi bildirilir. Xarici KİV-lərin yazdığına görə, Dağlıq Qarabağda 3 mindən çox Suriya ermənisi məskunlaşdırılıb. Erməni tərəfi qondarma rejimin inkişafına təkan verəcəyi ümidi ilə Suriyadan köç prosesinin sürətləndirilməsi istiqamətində səylərini davam etdirir. Bu, hələ 2014-cü ilin məlumatıdır!

Azərbaycan dövləti isə dəfələrlə bu təxribata qarşı etiraz edib…

Modern.az saytının 2015-ci ildə yaydığı məlamata görə, Suriyada vətəndaş müharibəsi başlandığından etibarən 13 mindən artıq suriyalı erməni “ermənistana” gətirilib.

Həmin ermənilərin böyük hissəsi “ermənistan” rəhbərliyi tərəfindən qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına yerləşdirilir. 200-dən artıq Suriya ermənisinin ailəsi Qarabağa – ilk növbədə isə Laçın və Kəlbəcər rayonlarına köçürülür, onlara “Dağlıq Qarabağ Respublikası” adlı separatçı qurumun pasportları paylanır.

İndi isə, bu yöndə 2019-cu ildəki məlumatlardan bir neçəsini misal gətirək.

Moderator.az xəbər verir ki, işğal altındakı Kəlbəcər rayonunun erməni işğalçılarının yaşadığı kəndlərinin qazla təmin edilməsi barədə  qondarma separatçı-terrorçu rejimin “Artsaxqaz” “qapalı səhmdar cəmiyyəti”nin rəhbəri sayılan Seyran Mikaelyan “5 sentyabr – qaz işçiləri günü” münasibətilə təbrik müraciətində danışıb. Onun sözlərinə görə, inzibati cəhətdən Kəlbəcər rayonuna aid olan  “Drmbon” adlandırılmış Heyvalı  və “Hetavan” adlandırılmış “Qozlu körpü” kəndlərinə qaz xətti çəkilib. Xocavənd rayonunun “Uxtadzor” adlandırılmış “Edilli”  kəndinə qaz çəkilişi üçün işlər görülür. İşğaldan öncə çəkilmiş Hadrut-Tuğ qaz xətti isə yenilənib.

Xatırladaq ki, işğaldan əvvəl Kəlbəcər rayonunun heç bir kəndində qaz olmayıb.

Modern.az-ın məlumatına görə, sentybrın 14-də Kəlbəcər rayonunda “bal festivalı” keçirən ermənilər bunu bütün dünyaya nümayiş etdiriblər.

“Festivalda” Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan da iştirak edib.

“Festivalda” Qarabağın işğal altında olan rayonlarından toplanmış məhsullar sərgilənib. Hətta “ermənistan”dan da tədbirə qatılanların olduğu bildirilir.

Görün bir, erməni işğalçıları nə qədər özlərinə arxayındırlar!

 

Nəyi gözləyirik?

Vaxtilə ermənilər Xocalı aeroportunu təmir edəndə bizim bir keşmiş məmur Azərbaycan xalqını sakitləşdirmək üçün bəyan etdi ki, “qoy tiksinlər də, bizə qalacaq”. Zaman göstərdi ki, həmin məmurun dedikləri daxili auditoriyaya hesablanmış populist sözlər idi. İndi bu məmur özü vəzifəsində artıq yoxdur, amma ermənilərin təmir etdikləri Xocalı aeroportu bizim deyil, yenə də erməni işğalçılarının istifadəsindədir!

Ona görə də ermənilər arxayındır! Yəni, Azərbaycanda siyasətçilər, diplomatlar yalnız daxili auditoriyanı sakitləşdirmək üçün danışırlar, erməni işğalçılarının isə, heç yekə burunları da qanlamayacaq.

Əlbəttə, erməni işğalçıları Moskvaya, Vaşinqtona arxayındırlar.

Bəs, biz nəyə arxayınıq? Elmar Məmmədyarovun başçılıq etdiyi nazirliyinin saysız etiraz bəyanatlarına?! Bəyanatla hansısa işğal edilmiş torpaq indiyədək azad edilib? Tarixdə belə fakt yoxdur!

Ümumiyyətlə, 2016-cı ilin aprelinə qədər bizim sosial media kontentində tez-tez videoroliklər göstərilirdi. Bu videoroliklərdə bizim dronlar erməni işğalçılarına zərbələr endirir, partladır və s. 2016-cı ilin aprelindən sonra erməniləri qıcıqlandıran bu videoroliklərin nümayişi kəsildi. Elə çıxır ki, ermənilər daha da arxayınlaşdı ki, Azərbaycanın sosial mediasında artıq bu videoroliklər də peyda olmayacaq…

Biz gərək düşmənə açıq-aydın anlayış verək ki, bu torpaqlar ya Azərbaycanın olacaq, ya da bu torpaqlarda heç kim yaşamayacaq. Şərt o deyil ki, frontal hücumla gərək mütləq torpaqlarımızı azad edək. İndi əsas və düzgün yol budur ki, nəyi isə bəhanə gətirib, erməni işğalçılarının tikdiyi infrastrukturu, yəni, yolları, SES-ləri, kommunikasiyaları, su, qaz və elektrik təchizatını ardıcıl məhv edək. Qoy, terrorçular və işğalçılar anlasınlar ki, hər bir gün onlar üçün sonuncu ola bilər! Qoy, işğal etdikləri torpaqlarımızda özlərini narahat hiss etsinlər, daim səksəkədə, gərginlikdə olsunlar, arxayınlıq hissləri onlara yad olsun!

Elə həmin suriyalı erməni kolonistlərinin qəsəbələrinə dronlarımız, “yer-yer” raketlərimiz ilə vaxtaşırı “əl gəzdirmək” lazımdır. Onsuz da onların işğal altındakı torpaqlarımızda mövcudluğu qanunsuzdur. Qanunsuz kolonistlərə görə bizi kim qınayacaq?!

Axı, biz nəyi gözləyirik? Axı, bu cür müəmmalı süstlük və qeyri-müəyyən durum Azərbaycanın öz əleyhinə işləyir. Ermənilərin özlərini arxayın hiss etməsi, işğal edilmiş torpaqlarda quruculuq işləri aparmaqları barədə xəbərlər artdıqca Qarabağın geri qaytaralacağına ümidlərimiz sönməkdədir.

Biz nəyi gözləyirik? Bizim süstlüyümüzü, təslimçi susqunluğumuzu, pafoslu sözlərdən o tərəf getməyən mövqeyimizi görən dünyanın ermənipərəst qüvvələrinin “arsax respublikasını” de-yure tanımasını gözləyirik?

Qarxunlu

“Millətçilik” qəzeti