Rusiyanın “ermənistan” adlı müstəmləkəsinin “xarici işlər naziri” Zöhrab Mnatsakanyan baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib.

RUSİYANIN DƏSTƏYİ İLƏ TƏHRİK?

Virtualaz.org xəbər verir ki, Mnatsakanyan bu haqda Yerevanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı danışıb.

Paşinyan avqustun 5-də Xankəndində demişdi: “Artsax (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) –Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə.”

“Ermənistanın baş naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndi,-red.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”,-Mnatsakanyan bildirib.

Onun sözlərinə görə, “ermənistan” XİN əvvəlki bəyanatlarında da Xankəndində deyilənləri təsdiqləmişdi. “Deyə bilərəm ki, bizim tərəfimizdən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur”,-xarici işlər naziri əlavə edib.

Xatırladaq ki, Paşinyanın bəyanatlarına Bakıdan sərt etiraz bildirilib, “ermənistan” rəhbərliyinin Qarabağa dair təhrikedici bəyanatları münaqişə ətrafında atmosferi daha da gərginləşdirib.

Nazir jurnalistlərə açıqlamasında onu da deyib ki, Qarabağ münaqişəsinin nizamlanması ətrafında dinamika davam edir, amma tərəflər arasında dövlət başçıları, yaxud xarici işlər nazirləri arasında yeni görüşün vaxtı hələ məlum deyil.

“Sizdən xahiş etməliyəm ki, bir az səbr edəsiniz. Çünki mən prinsipial olaraq hesab edirəm ki, görüş haqda yeri və vaxtı həmsədrlər tərəfindən digər ölkə ilə razılaşdırılandan sonra elan etmək olar”, – Mnatsakanyan növbəti Əliyev-Paşinyan danışıqlarının nə zaman baş tutacağı haqda suala cavab olaraq deyib.

Hərçənd Paşinyanın Xankəndində Qarabağı “ermənistan”ın tərkib hissəsi elan edib məsələyə “nöqtə qoymasından” və Mnatsakanyanın da bu təxribatçı, qızışdırıcı yanaşmanı dəstəkləməsindən sonra hansı danışıqlar prosesindən, görüşdən söhbət gedə bilər, bunu anlamaq çətindir.

Ermənişünas alim Qafar Çaxmaqlı Musavat.com-a dedi ki, “ermənistan” XİN başçısı uruqvaylı həmkarı ilə görüşündə heç dəxli olmayan bu məsələni ortaya atıb: «Sanki həmin an bunu demək tapşırığı alıb. Fikirləşirəm ki, Paşinyanın məlum Xankəndi çıxışından sonra Ermənistan rəhbəri daha ehtiyatlı bəyanatlar verirdi və Ermənistan rəsmilərindən heç biri bu məsələyə münasibət bildirmirdi. Rusiya Təhlükəsizlik Şurasının katibı Patruşev də ötən gün Ermənistanda idi. Bundan sonra Mnatsakanyanın tələsik belə bir bəyanat verməsi göstərir ki, Patruşev heç də “Suriya məsələlərini müzakirə etməyə” gəlməyib. Rusiyanın bu bəyanatı verdirməkdə məqsədi nədir? Şimal qonşumuz guya müharibə istəmir, amma bu bəyanat açıq müharibə elanıdır və Azərbaycanın artıq başqa yolu qalmır. Təcili səfərbərlik elan olunmalıdır!”

“Ermənistanın xarici işlər naziri başqa nə deyə bilərdi? Durub ölkəsinin baş nazirinin sözlərini təkzib edəsi deyildi ki. Əslində o, Paşinyanın fikirlərini təkrarlamağa da bir az ehtiyat edib, deyib ki, bu siyasət davam edir”.

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Ekspert əlavə etdi ki, biz öz tədbirlərimizi görməliyik, siyasətimizdə korrektələr etməliyik: “Mən əvvəllər də dəfələrlə yazmışam ki, biz ya danışıqlardan imtina edək, ya da başqa vasitələri işə salaq… Çünki “Qarabağ Ermənistandır”sa, danışıqlara ehtiyac qalmır”.

E.Şahinoğlu qeyd etdi ki, sentyabr ayında Paşinyanın ABŞ-a səfəri nəzərdə tutulub və orada erməni diasporu ilə görüş keçirib Xankəndidə səsləndirdiyi fikirləri müzakirə edəcək: “Paşinyan ABŞ-dakı erməni lobbisi qarşısında yenə də Xankəndidəki fikirlərini təkrarlasa və “Qarabağ Ermənistandır” desə, demək, ermənilər öz siyasətlərini dəyişirlər. O halda biz də buna uyğun olaraq öz siyasətimizi formalaşdırmalıyıq”.

AZƏRBAYCANIN İKİ SƏRRAST CAVABI: DİPLOMATİK VƏ ƏMƏLİ

Nazirliyin mətbuat katibi Leyla Abdullayeva “ermənistan adlı bunları bildirdi: “Zöhrab Mnatsakanyan, Nikol Paşinyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması əslində onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır. Həqiqətən də, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər. Ermənistan tərəfinin əsl simasının üzə çıxması və maskalarının atılması danışıqlar prosesinin pozulmasına yönələn Ermənistan hökumətinin rəsmi mövqeyinə beynəlxalq təsisatların diqqətinin cəlb edilməsi üçün ciddi əsas təşkil edir. Azərbaycan Xarici İşlər Nazirliyi, BMT və ATƏT-in Baş katiblərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu Qrupun digər üzv ölkələrinin Xarici İşlər nazirlərinə məktublar ünvanlayaraq, burada N. Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı artıq mövqe bildirib”.

XİN rəsmisi daha sonra bunları bildirdi: “Azərbaycan tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının, habelə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalının ağır nəticələrini xatırladaraq, Ermənistan baş nazirinin son bəyanatlarını vəziyyətin daha da gərginləşməsinə gətirən “qırmızı xəttin” aşılması kimi qiymətləndirir. Biz Ermənistan tərəfinə ATƏM Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı, həmçinin ATƏT MQ həm-sədrlərinin mandatı ilə diqqətlə tanış olmalarını israrla tövsiyə edirik. Bu sənədlərdə münaqişənin sülh yolu ilə tənzimlənməsinə nail olmaq üçün lazımi tədbirlər dəqiq təsbit olunur. Münaqişənin sülh yolu ilə həlli silahlı təcavüzün nəticələrinin tanınmasına əsaslanmamalı, əksinə – BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının müddəalarına, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır. Sonda Şərqdə işlədilən bir atalar sözünü xatırlatmaq istərdim: “Halva, halva deməklə ağız şirin olmaz!””

Əməli cavaba gəldikdə isə, bu bəlkə də indiki durumda ən adekvat cavabdır.

“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkməsi başlanan prosesin davamıdır. Azərbaycan ordusu bundan əvvəl də müəyyən əraziləri nəzarətə götürüb. Bu proses davam edir. Bilirsiniz ki, qarşı tərəfdə kəndlərimiz var, yandırılıb… Bir sözlə, biz hazırlaşmalıyıq, torpaqlarımızı işğaldan azad etmək üçün hazır vəziyyətdə olmalıyıq”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruzov xatırladıb ki, bir neçə gün öncə gənc əsgərlərin andiçmə mərasimində iştirak edib: “Yeməkxanalara baxış keçirdik. Xüsusi ilə qeyd etmək istərdim ki, hərbi hissələrdə bəzi işlərin mülki şəxslərə tapşırılması çox önəmlidir. Çünki o işləri əsgərlər görməməlidir. Məsələn, yeməklərin bişirilməsi və s. işlər bura daxildir”.

YAP rəsmisi bildirib ki, Azərbaycan ordusu yüksək səviyyədə qurulub: “Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə hər bir məsələ öz həlini tapır. Bu, həm maddi-texniki bazanın gücləndirilməsi, həm də əsgərlərin döyüş ruhunun artırılması işində görünür. Hərbi hissələr ərzaq təminatı ilə ən yüksək səviyyədə təmin olunur”.

S.Novruzov vurğulayıb ki, Müdafiə Nazirliyində dəyişiklikdən sonra nazirliyin rəhbər heyəti hərbi hissələrə mütəmadi baxış keçirir, ön xəttə gedirlər: “Bu, əsgərləri də, valideynləri də ruhlandırır. Ordu haqqında yazılan neqativ yazılar yalandan, böhtandan ibarətdir. Azərbaycan ordusunda inkişaf göz qabağındadır.Yəni Azərbaycan ordusu NATO standartlarına tam uyğundur. Bu proses davam etdirilir”.

HƏR BİR HALDA DÜŞMƏNİN FİZİKİ MƏHVİ!

Beləliklə, biz “ermənistan” adlı qondarma qurumun açıq-aşkar təxribata getdiyini görürük. Azərbaycanın təxribata sürüklənməsi Rusiyaya indiki dönəmdə sərf edirmi? Axı, günü sabah Qarabağda genişmiqyaslı hərbi toqquşma başlasa, bu, birbaşa Rusiya və Türkiyə münasibətlərinin korlanmasına gətirib çıxara biləcək. Əgər Rusiya indiki dönəmdə “ermənistan” adlı müstəmləkəsini Azərbaycan əleyhinə qısqırdırsa, deməli, Kremldə ya korazehinlər oturublar, ya da Kreml özü Rusiyanın dağılması planına start verib; Qorbaçov dövründə olduğu kimi…

Sözsüz ki, Rusiyanın zəifləməsi, Türkiyə ilə münasibətlərinin korlanması ABŞ və NATO üzvü ölkələrə sərf edir. Elə çıxır ki, “ermənistan” rəhbərliyi işğal edilmiş Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycanı müharibəyə təhrikə başlayıb.

Hər bir halda, Azərbaycan Ordusu hücuma keçməmək şərtilə artilleriya, raket və havadan düşmənin cinahlarına zərbə vuraraq, onun canlı qüvvə  baxımından dəhşətli itkilərə məruz qoya bilər. İndiki durumda  quduz erməni millətinə sarsıdıcı zərbə vurmaq üçün artıq şərait yetişməkdədir.

Millətimizin boğazından kəsilib alınan strateji zərbə raketlərini yoxlamaq üçün erməni əsgərləri çox münasib hədəfdirlər.

Qarxunlu

“Millətçilik” qəzeti 16 avqust 2019-cu il  # 474