İraqda səhər saatlarında ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.

“Report” ABŞ KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində pilot ölüb, göyərtədə olan bir neçə hərbçi yaralanıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

KİV vertolyotun xüsusi əməliyyatdan geri qayıtdığını xəbər verir.