“Biz suriyalı və türkiyəli qardaşlarımızla İdlib məsələsini müxtəlif səviyyələrdə müzakirə edə bilərik”.

Bakıxəbər.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif söyləyib.

XİN başçısı həmçinin Qazaxıstanın paytaxtı Nur-Sultanda (Astana) İran, Türkiyə və Rusiyanın iştirakı ilə Suriya münaqişəsinə dair yeni sülh danışıqlarının anonsunu verib.