İranın birinci vitse-prezidenti İshaq Cahangiri ölkədəki problemlərə görə əhalidən üzr istəyib.

Bakıxəbər.az xəbər verir ki, məlumatı İSNA agentliyi yayıb.

“İrana psixoloji təzyiqlər edilir. Bəziləri bundan istifadə etməyə cəhd göstərir. Mən İrandakı problemlərə və bir sıra çatışmazlıqlara görə xalqdan üzr istəyirəm”, – İ.Cahangiri Tehranda yeni istifadəyə verilən məktəbin açılışında bildirib.

O, əhalinin rifah halının pisləşdiyini etiraf edib: “Bu problemlərin çoxu ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb. Bəzi çətinliklər isə hökumətin düzgün olmayan proqramından doğub. Əgər doğru-düzgün proqram hazırlanarsa, onda bütün problemləri həll edə biləcəyik”.