İranda valyuta bazarında qaçaqmalçılıq və korrupsiyada şübhəli bilinən 196 nəfər tutulub.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Republikası məhkəmə orqanlarının sözçüsü, İnformaiya və Kəşfiyyat Nazirliyinin (“ETTELAAT”) keçmiş başçısı Qulamhüseyn Möhsün-Ejei bildirib.

Onun sözlərinə görə, valyuta bazarında korrupsiyaya qarşı mübarizə aparan xüsusi məhkəmə 49 nəfər barəsində hökm çıxarıb, daha 100 şübhəlinin cinayət işi araşdırılır.

Məhkəmənin sözçüsü əlavə edib ki, İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində valyuta bazarı sismetində korrupsiyaya yol verən və 100 milyon dolları qanunsuz yolla alan 17 nəfər də həbs edilib.