İran İslam Şurası Məclisinin (parlament) deputatı Məhəmədəli Ramazani koronavirusa yoluxaraq həyatını itirib.

Bakıxəbər.az xəbər verir ki, M.Ramazani fevralın 21-də İran parlamentinə keçirilən seçkilərdə deputat seçilmişdi.

İranın Səhiyyə Nazirliyinin yaydığı açıqlamaya görə hazırda İranda 388 nəfər virusa yoluxan qeydiyyata alınıb, onlardan 34 nəfəri həyatını itirib.

Nazirlik qərb mətbuatının İranda 210 nəfərin virusa yoluxaraq ölməsi haqqında yayılan xəbərləri təkzib edir.