İranda koronavirus infeksiyasının yenidən arta biləcəyi barədə xəbərdarlıq edilib.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyi və Koronavirusa qarşı Mübarizə Mərkəzinin sözcüsü Kianuş Cahanpur bildirib.

O xəbərdarlıq edərək deyib ki, hazırda infeksiya nəzarət altındadır: “Ancaq protokollara əməl edilməzsə, qarşıdan gələn həftədə o, yenidən artacaq”.