İrandan ziddiyyətli xəbərlər gəlməkdə davam edir.

“Report” “Iran International” telekanalına istinadən xəbər verir ki, ölkədə 88 nəfər koronavirusdan ölüb.

Telekanal İranın Gülüstan əyalətinin Minudəşt şəhərindəki xəstəxanada koronavirusdan ölən şəxsin meyitinin təhvil verilməsinin görüntülərini yayıb.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 19 nəfərin koronavirus infeksiyasından öldüyünü və 139 nəfərə koronavirus diaqnozu qoyulduğunu təsdiqləyib. İran səhiyyə nazirinin müavini İrəç Hərirçi və Tehran şəhərinin deputatı Mahmud Sadiqinin də koronavirusa yoluxduğu açıqlanıb.

Qeyd edək ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 770 nəfərdir. Virus daşıyıcılarının sayı isə 81 279-dan çoxdur.

ايران اينترنشنال

@IranIntl

یکی از مخاطبان با ارسال ویدیویی از مرگ یک نفر در شهرستان مینودشت در استان گلستان می‌گوید او مشکوک به ابتلا به ویروس بوده است. منابع ایران اینترنشنال تایید کرده‌اند تعداد قربانیان ویروس کرونا در ایران تاکنون ۸۸ نفر است.

Embedded video