İranın qərbində 5,7 maqnitudalı zəlzələ baş verib.

Bakıxəbər.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.

Seysmoloqların bildirdiyinə görə, yeraltı təkanlar Bakı vaxtı ilə səhər saat 11:00-da qeydə alınıb, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Məscide-Süleyman şəhərindən 37 km cənub-şərqdə və Əhvaz şəhərindən 87 km məsafədə yerləşib.

Hələlik dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.