“İran tərəfi ABŞ Prezidenti Donald Trampla görüş üçün heç vaxt xahiş etməyib”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi deyib.

“Biz yenə təkrar edirik. İran Donad Trampla görüş üçün heç vaxt xahiş etməyib”, – o vurğulayıb.

Qeyd edək ki, İran Prezdenti gələn həftə BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.