İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avstriyalı həmkarı Aleksandr Şallenberq ilə görüşdə maraqlı hadisə yaşanıb.

Bakıxəbər.az İHA-ya istinadən xəbər verir ki, İran XİN başçısı görüşdə koronavirus infeksiyasını lağa qoyub.

“And içirəm ki, koronavirusa yoluxmamışam. Koronavirusdan təsirlənməmişəm, salamlaşa bilərik”, – o deyib.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib.