İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqerisabah Bakıya gələcək.

İranın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, ikigünlük səfər çərçivəsində M.H.Baqerinin Azərbaycanın Prezidenti, Baş naziri və Parlament sədri ilə görüşlər keçirəcəyi planlaşdırılıb.

Hərbi və sərhəd sferalarında əməkdaşlığın inkişafı, terrorla mübarizə və regionun inkişafı məsələləri müzakirə ediləcək.

Səfərin yekununda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.

Qeyd edək ki, bu səfər M.H.Baqerinin Azərbaycana ilk səfəridir.