İranda keçirilən 51-ci erməni olimpiadasında Dağlıq Qarabağdan heç bir komanda iştirak etməyib.

Bu barədə “Report”a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Tehrandan aldığımız məlumata görə, bu oyunlarda Qarabağdan komanda iştirak etməyib”, – diplomatik nümayəndəlikdən bildiriblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycan KİV-də Tehranda keçirilən erməni olimpiadasında Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan komandanın iştirak etməsi barədə məlumat yayılmışdı.