İran parlamentinin bir sıra üzvləri İran prezidenti Həsən Ruhaniyə məktubla müraciət edərək Məhəmməd Cavad Zərifin xarici işlər naziri vəzifəsində saxlamasını xahiş ediblər.

Bu barədə “Report” IRNA-ya istinadən məlumat verir.

Daha əvvəl İran parlamentinin iclasında xarici işlər nazirinin istefasını müzakirə edəcəyi bildirilirdi.

Xatırladaq ki, M.C.Zərif dünən istefa verib.