İran parlamenti Prezident Həsən Ruhaniyə hökumətin iqtisadi problemlərin öhdəsindən gəlməklə bağlı addımları barədə hesabat verməsi üçün bir ay vaxt verib.

Bakıxəbər.az xəbər verir ki, “Mehr” agentliyi parlamentdəki 290 deputatdan 92-sinin bu təklifi dəstəklədiyini yazıb.

“Parlament prezidentdən iqtisadiyyatdakı çoxillik durğunluğa aydınlıq gətirilməsini istəyir. Ondan bank sferasına qarşı sanksiyaların uzadılması, milli valyutanın kəskin devalvasiyası, işsizliyin azaldılması ilə bağlı hesabat verməsi tələb ediləcək”, – məlumatda bildirilib.