İran-Pakistan sərhədində atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İran polisi yayıb. Polis sərhəddə İran sərhədçilərinə naməlum şəxslər tərəfindən atəş açıldığını bildirib.

Nəticədə bir İran sərhədçisi ölüb. İnsidentin İranın cənub-şərqindəki Zahidan şəhərinin yaxınlığında baş verdiyi bildirilib.