Hezbollah Lauds Iran’s Military Aid to Lebanon

Livanda keçirilən parlament seçkisində Hizbullah üstünlük qazanıb.

Bakıxəbər.az xəbər verir ki, Hizbullah parlamentdəki 128 mandatdan 67-sinə sahib olub. Baş nazir Saad Həririnin Gələcəyin Hərəkatı Partiyası mandat sayında Hizbullaha uduzub. Bununla belə, Həriri yenidən Livandakı sünni müsəlmanlar arasında əsas lider olub.

Livanın idarəetmə sisteminə əsasən hökumətə sünni şəxs rəhbərlik etməlidir. Buna görə də Həririnin yenidən baş nazir olacağı ehtimalı var.

Qeyd edək ki, bu, son 9 ildə ölkədə keçirilən ilk parlament seçkisidir. Bundan öncə parlament öz-özünə fəaliyyət müddətini üç dəfə uzadıb.

Livanda hakimiyyət bölgüsünə əsasən ölkənin prezidenti xristian, baş naziri sünni, spikeri isə şiə olmalıdır. Bundan başqa, hökumətdə müsəlmanlarla xristianların sayı eyni olmalıdır.