İran İnqilab Keşikçiləri Qvardiyası İKT sahəsində fəaliyyətini dayandırdığını elan edib.

Bakıxəbər.az “Anadolu”ya istinadən xəbər verir ki, Qvardiyanın İranın iqtisadi həyatında  fəaliyyəti narazılığa səbəb olub. Buna cavab olaraq hərbi birləşmənin rəhbərliyi mobil operatorlardakı aktivlərini satmaq haqqında qərar qəbul edib.

Qvardiyanın aksiyalarının çoxu “Tose’e İtimad Mubin” şirkəti tərəfindən alınıb. Bu şirkət İKT şirkətlərinin aksiyalarının sahibidir.

Bir müdət əvvəl İranın müdafiə naziri Əmir Xatəmi bildirmişdi ki, İslam Respublikasının ali rəhbəri, ayətullah Seyid Əli Xamənei silahlı qüvvələrin iqtisadi sahədə fəaliyyətinin dayandırılması barədə göstəriş verib. Bununla əlaqədar İKT, energetika və tikinti sahələrində fəaliyyət göstərən 130-dan artıq şirkət fəaliyyətini dayandırıb.

Qeyd edək ki, ABŞ və 6 ərəb dövləti İran İnqilab Keşikçiləri Qvardiyasının “əl-Qüds” qoşununun komandanı, general Qasım Süleymani də daxil olmaqla, 9 nəfərin adını terrorçular siyahısına daxil edib.