İran aprelin 22-də ilk hərbi peykini orbitə buraxıb.

Bakıxəbər.az “Tasnim”a istinadən xəbər verir ki, məlumatı “Sepah news” yayıb.

Bildirilib ki, sınaq uçuşu uğurla başa çatıb. “Nur” adlı peyk “Qasid” ikipilləli raketdaşıyıcısının yardımı ilə yerdən 425 km. məsafəyə çıxarılıb.

Uçuşu İran Silahlı Qüvvələrinin İslam İnqilab Keşikçiləri Qvardiyası həyata keçirib.

Xatırladaq ki, ABŞ qvardiyanı terrorçu təşkilatlar siyahısına daxil edib. Vaşinqton bu silahlı birləşməni sanksiyaya məruz qoyub.